BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Rusiya Prezidenti Putin azərbaycanlı həmkarı ilə görüşlərində hər zaman Azərbaycanda rus məktəblərinin olmasına görə İlham Əliyevə təşəkkür edib.
Lakin indi rəsmi Bakı və Moskva arasında münasibətlərdə gərginlik yaşanır.
Azərbaycan ictimaiyyətində və hökumətə yaxın mediada rus məktəblərinin sayının azaldılması ilə bağlı çağırışlar edilir.
Mediada sual olunur ki, Rusiyada milyonlarla azərbaycanlının öz dilində məktəbi olmadığı halda, niyə Azərbaycanda yaşayan 100 minlik etnik rus üçün 300-dən çox məktəb var.
Prezident İlham Əliyev 3 il əvvəl Azərbaycanda rus məktəblərinin çox olmasını izah edərkən bildirmişdi ki, bu amil Rusiya ilə gələcək əlaqələr üçün mühüm əsasdır.
"Ona görə ki, rus dili keçmiş Sovet İttifaqı ölkələrini həmişə birləşdirirdi və əlbəttə, rus dilini bilmədən gələcək nəsillərin əlaqələrini nizamlamaq çox çətin olar. Buna görə də, dediyim kimi, bu, həyatımızda çox mühüm amildir", - Əliyev 2022-ci ilin fevralında Putinlə görüşündə deyib.
Bəs Azərbaycanda rus məktəbləri bağlana bilərmi?
Mediada yayılan çağırışlara sosial media istifadəçiləri fərqli cür reaksiya veriblər.
Onlardan bəziləri hesab edir ki, yüz mindən çox şagirdin oxuduğu müəssisəni bağlamaq onların təhsil hüquqlarını poza bilər.
Onların fikrincə, bu, həm də orada dərs deyən minlərlə müəllimin işsiz qalması deməkdir.
Bu fikirlə razılaşmayanlar isə ilk olaraq, bu məktəblərin dövlət büdcəsindən maliyyələşməsini qabardırlar və sual edirlər ki, niyə bu qədər rus məktəbinə dövlət pul ayırmalıdır.
Elm və Təhsil Nazirliyi hələlik hökumət mediasında səslənən bu fikirlərə münasibət bildirməyib.
Video açılmırsa, YouTube kanalımızda baxın.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".