Mənbənin sözlərinə görə, nümayəndə heyətinə Prezident Putinin keçmiş şəxsi köməkçisi, hazırda fövqəladə hallar naziri olan Aleksandr Kurenkov rəhbərlik edə bilər. Onun Azərbaycan rəsmiləri ilə yaxşı şəxsi münasibətlərə malik olduğu bildirilir.
Məlumata görə, hazırda Moskvanın planlarında Azərbaycanla münasibətləri gərginləşdirmək yoxdur. "Rusiya üçün hazırda bir neçə istiqamətdə qarşıdurmaya getmək və vacib bir regionda strateji tərəfdaşı itirmək sərfəli deyil", - deyə mənbə qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31