AZ

Bakıda diplomatik müşavirədə iqtisadi və iqlim diplomatiyası müzakirə olundu

BAKI, 7 iyul. TELEQRAF

“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin “Dayanıqlı inkişaf perspektivləri: iqtisadi və iqlim diplomatiyası, enerji təhlükəsizliyi və bağlantılar” mövzusunda ikinci panel müzakirəsi Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayevin əsas natiq qismində iştirakı ilə baş tutub.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, panel çərçivəsində ticarət və investisiya perspektivləri, bu sahələrdə əməkdaşlığın şaxələndirilməsi, geoiqtisadigərginliklərin iqtisadi diplomatiyamıza təsirləri, ölkəmizdən keçən nəqliyyat dəhlizləri üzrə mövcud təşəbbüslərin irəlilədilməsi, Azərbaycanın beynəlxalq iqlim diplomatiyasında bundan sonrakı fəal iştirakını şərtləndirən amillər və s. mövzular müzakirə olunub.

Natiqlər daha sonra, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Seçilən
16
50
teleqraf.com

10Mənbələr