AZ

Bakıda qadını öldürüb gölün sahilinə atdılar – Əri saxlanıldı

Bakıda 36 yaşlı qadın qətlə yetirilib.

Viral.az xəbər verir ki, hadisə iyunun 30-da Qaradağ rayonu Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Sevinc Hüseynovanın gecə saatlarında xüsusi amansızlıqla qətlə yetirilmiş meyiti gölün sahilində tapılıb.

Keçirilən tədbirlərlə qadının həyat yoldaşı 1989-cu il təvəllüdlü Rəşad Tağıyev şübhəli şəxs qismində saxlanılıb.

Son Yazılar:

O, ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq tədbirləri həyata keçirilir.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı “oxu.az” yayıb.

Seçilən
6
34
viral.az

10Mənbələr