AZ

Azərbaycan öz maraqlarını saat əqrəbi ilə qurub - Əli Məsimli

Yazını böyüt
Yazını kiçilt

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının XVII Zirvə görüşü region və dünyada maraqla izlənildi. Xankəndi Zirvəsində on iştirakçı dövlətin görüşü, qurulan yeni əməkdaşlıqlar fonunda dünyaya mühüm mesajlar verildi.

Bu istiqamətdə hafta.az-a açıqlama verən deputat Əli Məsimli bildirib ki, Azərbaycan üçüncü dəfədir ki, İqtisadi Əməkdaşlıq Təşkilatının  (İƏT) Zirvə toplantısına ev sahibliyi edir. Onun sözlərinə görə, bu Zirvə əvvəlkilərdən bir sıra cəhətlərinə görə fərqlənir. 

“Əgər sammit işğaldan azad olunmuş ərazilərdə keçirilirsə və  İƏT-ə daxil olan ölkələrin liderləri çox böyük məmnuniyyətlə bu tədbirdə iştirak edirlərsə bu, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə dəstəyi simvolizə edir. Ən mühüm amil sammitin bu dəfə Xankındidə keçirilməsidir. İştirakçı ölkələr əyani şəkildə 30 illik işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini necə bərpa etdiyini gördü. Azərbaycan eyni zamanda daha böyük hədəflərə qadir olan və regionda sülhün ən böyük təminatçı olduğunu göstərən dövlətdir. Digər tərəfdən, Azərbaycan bir daha 30 illik işğal dövründə dağıdılmış, hər qarışı minalanmış torpaqlarını təmizləyib, yenidən qurub-yaratdığını, əməkdaşlıq arenasına çevirməsini əyani surətdə dünyaya nümayiş etdirdi”- deputat deyib. 

Ə.Mənsimli qeyd etdi ki, burada müasir dövrün tələblərinə uyğun çox önəmli məsələlər müzakirə olundu, dünyaya ciddi mesajlar verildi. Bu mesajların içində Azərbaycanın sülhə, əmin-amanlığa, qarşılıqlı faydalı əməkdaşlığa açıq olan bir ölkə olduğu önə çəkildi.

“Neft-qaz ölkəsi kimi tanınan Azərbaycan son dövrlər yaşıl enerjiyə önəm verən bir ölkə kimi gündəmi tutub. Sammit iştirakçıları əyani surətdə dünyada çox aktual olan yaşıl enerji istehsalının artırılması, bu sahədə əməkdaşlıq, qabaqcıl texnologiyalardan istifadə, eyni zamanda COP29 kontekstində iqlim dəyişmələri ilə bağlı problemlərin həllində Azərbaycanın nə qədər faydalı olduğunu gördü. Azərbaycan bu sammiti yüksək dərəcədə keçirməklə regiondakı imicinə əlavə imic qazandırmaqla sülhyaratma prosesinə töhfələr verdi. Sammit Azərbaycanın mövqeyini, diplomatik gücünü artırdı. Bu, Xankəndi zirvəsindən bir daha bəyan edildi.

“Belə bir tədbirin Azərbaycanda keçirilməsi yeni layihələrlə bağlı ideyaların ortaya çıxmasında birgə müəssisələrin qurulması, kommunikasiya xətlərinin daha rəvan işlənməsi üçün hüquqi bazanın yaradılması, ticarət əlaqələrinin genişlənməsi, qarşılıqlı investiyaların artması nöqteyi-nəzərdən mühümdür. Bu, İƏT üzvü olan dövlətlərin inteqrasiyasına, yeni layihələrin işlənməsinə təkan verəcək”-Ə.Mənsimli bildirdi.

Ə.Məsimli Zəngəzur dəhlizinin açılması prosesinə hədəflənən İƏT sammiti müstəvisində digər ölkələri narahat edən məqamlara toxunub. O, bildirib ki, bu prosesdə Orta Dəhliz layihəsi böyük aktuallıq kəsb edir. Ona görə də Zəngəzur dəhlizinin açılması Orta Dəhlizdə fəal iştirak edən ölkələr üçün əhəmiyyətlidir.

“Burada müxtəlif variantlar irəli sürülə bilər. Amma Azərbaycan özü region üçün optimal variantı seçəçək. Sammitə daxil olan ölkələr orta yoldan istifadədə maraqlı olduqlarına görə onun mühüm kompenenti olan Zəngəzur dəhlizinin açılmasına bir impuls veriləcək. Bu, regiona xeyir gətirəcək.

Ona görə də bu gün region, bölgə üçün sülh və təhükəsizliyin təmin edilməsi mühümdür. Lakin bölgəyə təhdid yaradan Ermənistanla sülh sazişinin nə zaman bağlanacağının tarixi barədə dəqiq fikri bildirmək çətindir”, - Ə.Mənsimli deyib.

Deputat hesab edir ki, bu zaman tələb edən məsələdir və artıq yeni üçüncü tərəfin iştirakı olmadan Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi bağlanacaq. Bu prosesi əngəlləmək istəyən tərəflər olacaq, amma bu proses yürüyəcək. Ə.Məsimli eyni zamanda qeyd edib ki, bu gün Zəngəzur dəhlizi ideyası ortaya çıxandan sonra müxtəlif ökələrdən fərqli fikir və təkliflər səsləndirilir.

“Hər deyilən fikrin arxasınca gedilərsə, çox çaşqın vəziyyət yarana bilər. Ona görə də Azərbaycan öz maraqlarını saat əqrəbi ilə qurub və əsas o maraqlarını həyata keçirmək üçün işləyəcək”.

Seçilən
7
50
hafta.az

10Mənbələr