AZ

Premyer Liqanın yeni mövsüm üçün püşkatma mərasiminin vaxtı bilindi

style='margin-bottom:10px;'>

Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib. 

QOL.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb. 

Mərasim 18 iyul tarixində "Alov qüllələri" kompleksinin "Üzeyir Hacıbəyli zalı"nda baş tutacaq. Tədbir "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq. Tədbir saat 15:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 15-də start götürəcək.

Seçilən
1
5
teleqraf.com

10Mənbələr