AZ

“Danışıqlar çox toksik oldu”

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi jurnalist Aleksandr Notevskinin “YouTube” kanalında yayımlanan proqramda iştirak edib. Rusiyanın dövlət “RT” telekanalı cümə günü yayımlanan videodakı təəccüblü ifadələr barədə məlumat yayıb.

“Artıq bütün arqumentlər və əks arqumentlər təqdim olunub. Ukraynanın NATO-ya daxil olması ilə bağlı danışıqların hər yeni raundu dalana dirənir. Bu danışıqlar çox toksik oldu”, – Tixi deyib.

2022-ci ilin fevralında başlayan Rusiya işğalından sonra Ukrayna həmin ilin sentyabrında NATO-ya sürətli qəbul üçün müraciət etdi.

“RT” ABŞ-da Donald Tramp administrasiyasının hakimiyyətə gəlməsi ilə Ukraynanın dəstəyinin azaldığını və döyüş meydanında çətin anlar yaşadığını bildirib.

Avropa dövlətlərinin Ukraynanın ABŞ-ın rəhbərlik etdiyi hərbi alyansa qoşulmasına verdiyi dəstəyin əvvəlki qədər güclü olmadığı da irəli sürülüb.

Moskva Ukraynanın NATO üzvlüyünə qırmızı xətt kimi baxır. Bir çox Qərb liderləri, o cümlədən Donald Tramp bu səbəbdən Kiyevin alyansa qoşulmaq istəyini real görmür.

Nəhayət, Macarıstanın “Magyar Nemzet” qəzetinə müsahibə verən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna böhranının həlli üçün Rusiyanın təhlükəsizliyinə təhdidlərin aradan qaldırılmasının vacibliyini bildirib: “Problemin əsas səbəblərini aradan qaldırmadan davamlı həllə nail olmaq mümkün deyil. Birincisi, NATO-nun genişlənməsi və Ukraynanın NATO-ya mümkün daxil olması ilə bağlı Rusiyanın təhlükəsizliyinə təhdidlər aradan qaldırılmalıdır. NATO şərqə doğru genişlənmə siyasəti aparır. Ona görə də NATO-nun Ukraynada baza yaratması və Ukraynada hərbi bloka cəlb olunma ehtimalı birbaşa milli təhlükəsizliyimizə təhdiddir”.

Lavrov yeni dərc olunan müsahibəsində Türkiyənin dəstəyi ilə may və iyun aylarında İstanbulda Rusiya ilə Ukrayna arasında birbaşa danışıqlar aparıldığını xatırladaraq, danışıqların üçüncü raundunun tarixinin müəyyənləşmək üzrə olduğunu bildirib.

Seçilən
0
35
vaxt.az

10Mənbələr