ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Binə qəsəbəsinin sakinləri 190 saylı marşrutun fəaliyyətindən narazıdırlar.
Sakinlər bildirirlər ki, sürücülər bir neçə gün vətəndaşların istəyi ilə avtobusu sonuncu dayanacaqdan təxminən 700-800 metr irəlidə saxlayırdı. Lakin dəyişikliyin müddəti uzun çəkməyib. Avtobuslar yenidən öz dayanacağında saxlayır.
Vətəndaşlar iki nəqliyyat vasitəsi dəyişməyin onlara sərf etmədiyini, avtobusların yeni qaydada işləməsini istədiklərini deyirlər.
"Burada 3 minə yaxın əhali yaşayır. Avtobuslar 1 həftə istəyimiz üzrə işləmədən əvvəlki qaydaya qayıtdı. Sürücülər onlara təzyiq olunduğunu deyirlər", - deyə şikayətçi Şadlıq Babayev bildirib.
Ətraflı Baku TV-nin süjetində:
Binədə avtobuslardakı dəyişiklik sakin və dispetçer arasında mübahisə yaratdı
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.