2025/2026 mövsümündə Misli Premyer Liqasında mübarizə aparacaq “Karvan” heyətinə yeni oyunçu qatıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi Eltun Turabovla müqavilə imzalayıb.

Onunla 1 illik razılaşma bağlanılıb.

28 yaşlı müdafiəçinin son klubu “Turan Tovuz” olub.

Bu, "Karvan"ın mövsümlərarası fasilədə ilk transferi kimi yadda qalıb.