Azərbaycanı kişi voleybolçular arasında keçiriləcək Çempionlar Liqası (ÇL) və Çelenc Kubokunda təmsil edəcək komandalar bəlli olub.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, son çempion “Azərreyl” ÇL-də mübarizə aparacaq.
Ötən mövsümün bürünc mükafatçısı “Xilasedici” isə Çelenc Kubokunda çıxış edəcək.