Gürcüstanda nüfuzlu iş adamı Giorgi Ramişvili sərbəst buraxılıb.
Axar.az xəbər verir ki, bu barədə Tiflis Şəhər Məhkəməsi qərar qəbul edib.
İş adamı 70 min lari (44 min AZN) girov müqabilində məhkəmə zalından azadlığa buraxılıb.
Onun növbəti məhkəməsi avqustun 26-na təyin edilib.
Qeyd edək ki, nüfuzlu iş adamı Giorgi Ramişvili ötən gün odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və daşınması maddəsi üzrə saxlanılmışdı.