AZ

ADY: Ağdam–Xankəndi dəmir yolu Qarabağda sərnişindaşımada mobilliyi artıracaq - VİDEO

Bərdə–Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam–Xankəndi dəmir yolu Qarabağ iqtisadi rayonunda nəqliyyat infrastrukturunu təkmilləşdirərək sərnişindaşımada mobilliyi artıracaq.

Bu barədə Bizim.Media-ya “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Məlumata görə, uzunluğu 28 kilometr olan bu dəmir yolu xətti üzrə layihələndirmə işləri tamamlanıb. Əsgəran və Xocalı stansiyaları, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi inşa olunacaq. Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi Qarqarçayın sahilində, 6.4 ha sahədə tikiləcək. Beşmərtəbəli kompleksin ərazisində 2 dəmir yolu platforması və 12 avtobus dayanacağının inşası nəzərdə tutulur.


Bizim.Media

Seçilən
21
13
bizim.media

10Mənbələr