AZ

Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə Gülüstan sarayında rəsmi qəbul təşkil olunub

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsi çərçivəsində diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə Gülüstan sarayında rəsmi qəbul və konsert proqramı təşkil olunub.APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yaylıb.Məlumata görə, rəsmi qəbulda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun duayeni Məhəmməd Adil Embarş çıxış edərək peşə bayramı günü münasibətilə diplomatik xidmət orqanları əməkdaşlarına təbriklərini çatdırıb, onlara fəaliyyətlərində uğurlar arzu ediblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
27
apa.az

10Mənbələr