AZ

Neftimiz 1 faiz bahalaşdı

Dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 0,79 ABŞ dolları, yaxud 1,06 % artaraq 75,49 ABŞ dolları təşkil edib.

Yenisabah.az xəbər verir ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir. Dominos pizza


Telegram kanalımız
Seçilən
1
29
yenisabah.az

10Mənbələr