“Apple Inc”in əməliyyatlar üzrə baş direktoru Ceff Uilyams 10 ildən sonra vəzifəsini tərk edəcək.
Bakues.az “CNN”ə istinadən xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb.
Şirkətinin verdiyi açıqlamada dəyişikliklərin çoxdan planlaşdırılan keçid prosesinin bir hissəsi olduğun bildirilib. COO vəzifəsindən getdikdən sonra 62 yaşlı Ceff Uilyams şirkətin dizayn komandasına, həmçinin “Apple Watch” və “Health” layihələrinə nəzarət etməyə davam edəcək, lakin bu ilin sonunda təqaüdə çıxacaq. Gələcəkdə dizayn qrupu birbaşa CEO Tim Cook-a hesabat verəcək.
Uilyamsı “Apple”ın əsas təchizat zəncirinin memarı və əməliyyatlar üzrə baş vitse-prezidenti Sabih Xan əvəz edəcək.