AZ

Lion “Olimpik”i Fransa Liqa 1-ə qaytarıldı

Daha əvvəl, maliyyə hesabatını pozduğu üçün Fransa Liqa 2-yə düşürülmüş Lion “Olimpik”i Fransa Liqa 1-ə qaytarılıb.

Arena.az bu barədə “Olimpik”in rəsmi saytına istinadən məlumat verir.

Fransa Milli İdarəetmə və Nəzarət İdarəsi (DNCG) “Olimpik”in apellyasiya şikayətini təmin edərək, Lion təmsilçisinin Fransa Liqa 1-dəki yerini qoruyub.

“Bugünkü qərar “Olimpik”ə inamın bərpa edilməsinə doğru ilk addımdır. İndi biz növbəti mövsümə tamamilə hazırlaşmaqla, öz diqqətimizi idman məqsədlərimizə yönəldə bilərik”, – “uşaqlar”ın mətbuat xidməti bildirib.

Əlavə edək ki, “Olimpik” Fransa futbolunun “qaymaqlarından” sayılır. 2024/2025-ci illər mövsümünü “uşaqlar” Fransa Liqa 1-də 6-cı pillədə başa vuraraq, Avropa Liqasında iştirak hüququ qazanıblar.

Seçilən
32
28
arena.az

10Mənbələr