AZ

Nazir MİQ imtahanında rus bölməsi üzrə nəticələri açıqladı

Müəllimlərin işə qəbulu imtahanında rus bölməsi üzrə ən yüksək bal 55-60 arasında olub. Bunu elm və təhsil naziri Emin Əmrullayev anews.az-ın sualına cavab verərkən deyib. 

"Azərbaycan dilində müəllimlər MİQ imtahanında kimya və biologiyadan maksimum 90-100 bal arasında bal yığıb. Rus dilində isə bu bal maksimum 55-60 arasında olub. Rus bölməsi üzrə iştirak edən şəxslərin sayı da çox aşağıdır. Nəticə budur ki, rus bölmələri üzrə müəllimlərin sürəti kəskin aşağı düşür. Belə olan halda valideyn yenə qərar verirsə uşağı bu dildə oxusun, bu artıq onun məsələsidir",- nazir bildirib.

Nazir bildirib ki, rus bölmələrinin bağlanması doğru qərar deyil. Əmrullayev yalnız rəsmi xəbərlərə inanmağa çağırıb.

Gülnar Nazimqızı

Seçilən
10
1
anews.az

10Mənbələr