ain.az, Idmanxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirmək üzrədir.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə klubu sloveniyalı qapıçı gətirir. “Sarı-göylər” bir müddətdir “Koper”də çıxış edən Metod Yurxarla danışıq aparır. Tərəflərin anlaşmağa yaxın olduğu bildirilir.
27 yaşlı qolkiper karyerasını ərzində ölkəsinin “Koper” və “Çelye” klublarının formasını geyinib. O, bu günə qədər Sloveniyada keçirdiyi 100 oyunda 122 qol buraxıb, 31 matçda qapısını toxunulmaz saxlayıb.
Futbolçu bir dönəm Sloveniya U-21 millisinin də üzvü olub. Onun “Koper”lə 2027-ci ilə qədər sözləşməsi olsa da, futbolçunun müqaviləsini pozub “Kəpəz”ə gəlməsi gözlənilir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.