AZ

Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi


Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevi 65 illik yubileyi münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli Aydın müəllim!

Sizi anadan olmağınızın 65 illik yubileyi münasibəti ilə Azərbaycan Aşıqlar Birliyi, onun çoxsaylı üzvləri və şəxsən öz adımdan ürəkdən təbrik edirəm!

Siz bu gün Azərbaycan jurnalistikasında öz dəst-xətti ilə seçilən, müstəqillik dövrü mətbuatımızın inkişafında müstəsna xidmətləri olan kəsərli qələm adamısınız.

Rəhbərlik etdiyiniz "Bakı-Xəbər" qəzeti, mən də daxil olmaqla, ölkə ziyalılarının, alimlərinin həm yaxından əməkdaşlıq etdiyi, tez-tez fikir və rəylərini bildirdiyi, həm də mütəmadi oxuduğu qəzetdir. Bu gün "Bakı-Xəbər” həm elektron variantda çıxır, həm də qəzetin bazasında "Bakı-Xəbər" TV yaradılıb. Qəzetin rəngli formatda çıxması da sizin peşəkar, cəfakeş zəhmətinizin bəhrəsidir.

"Bakı-Xəbər" qəzeti Azərbaycan Aşıqlar Birliyinə də hər zaman dəstək olur, aşıq sənətinin təbliğində çox mühüm rol oynayır. Bu baxımdan, aşıq sənətinin kütləvi təbliğində "Bakı-Xəbər"in xidmətləri xüsusi vurğulanmalıdır.

Hörmətli Aydın müəllim, yubileyiniz münasibəti ilə Sizi bir daha təbrik edir, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram”.

Seçilən
97
48
baki-xeber.com

10Mənbələr