AZ

FT: “Tramp Zelenskini maneə sayır” VİDEO

Azvision saytına istinadən ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Financial Times (FT)” nəşrinin dərc etdiyi məqalədə Ağ Ev rəhbərinin Rusiya prezidenti Vladimir Putini özünün danışıqlarda tərəfdaş saymağa meylli olduğu bildirilir. Ancaq eyni şeyi onun Zelenskiyə münasibəti haqqında demək olmaz. “Trampın ritorikasının tonun dəyişməsinə görə bir az həyəcan, lakin biz bunun ciddi hərəkətə çevrildiyini görmürük”, - mənbələrdən biri deyib. Nəşrin yazdığına görə, Amerika istehsalı olan “Patriot” zenit-raket kompleksləri Ukraynanın müdafiəsi üçün həlledici əhəmiyyətə malikdir.

ABŞ Kiyevə “Patriot” sistemləri verməyəcək | VİDEO

Lakin onlar Kiyevin Rusiya ərazisinə cavab zərbələri endirmək qabiliyyətinə təsir göstərə bilməz və bütövlükdə silahlı münaqişənin inkişaf yolunu dəyişdirmək iqtidarında deyil. Xatırladaq ki, iyulun 1-də ABŞ Ukraynaya silah tədarükünü, xüsusilə, döyüş bölgəsinə "Patriot" sistemləri, yüksək dəqiqlikli döyüş sursatları, zenit raketləri və 155 mm-lik artilleriya mərmilərinin göndərilməsini dayandırmışdı. Pentaqon bildirmişdi ki, Ukrayna böhranı və Yaxın Şərqdəki əməliyyatlar fonunda Vaşinqton hərbi texnika və sursatlarının tükənməsi ehtimalına görə ehtiyatları yoxlamalıdır. Ondan bir həftə sonra Donald Tramp Zelenskiyə dərhal Ukrayna qoşunlarına "Patriot" sistemləri üçün 10 raket verəcəyini vəd edib. O, həmçinin əlavə təchizat kanallarının tapılmasında Kiyevə kömək etməyə hazır olduğunu bildirib. Sahil İsgəndərov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
79
50
azvision.az

10Mənbələr