Fransanın "Lion" klubu Liqa 2-yə düşürülməsi barədə qərardan şikayət etmək üçün lazım olan vəsaiti toplayıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klub şikayət üçün tələb olunan 100 milyon avronu toplaya bilib.
Fransa futbol klublarının hesablarına nəzarət və monitorinqi həyata keçirən təşkilat (DNCG) komandanın əsas liqada, eləcə də avrokuboklarda iştirakını təmin etmək qərarına gəlib. Bunun üçün əlavə xərclər də daxil olmaqla ümumilikdə 117 milyon avro ödənilib.
Qeyd edək ki, "Lion" 2024/2025 mövsümündə 57 xalla Liqa 1-i altıncı sırada bitirib və Avropa Liqasına vəsiqə qazanıb. Maliyyə hesabatlarında pozuntulara yol verdiyinə görə komandanın aşağı dəstəyə göndərilməsi barədə qərar çıxarılmışdı.