AZ

Şərurda qohumunu öldürməkdə şübhəli bilinən şəxs tutuldu

Şərurda qohumunu öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Viral.az “Report”a istinadən xəbər verir ki, iyulun 13-də Şərur rayon sakini, 1991-ci il təvəllüdlü İbrahimov İbrahim Əbülfəz oğlunun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı, Şərur rayonunun Yuxarı Havuş kənd sakini, 1992-ci il təvəllüdlü İbrahimov İbrahim Əbülfəz oğlu rayonun Aşağı Daşarx kəndində əmisi və həmkəndlisi 1971-ci il təvəllüdlü İbrahimov Cabir İbrahim oğlu tərəfindən torpaq sahəsi üzərində yaranan mübahisə zamanı dəmir parçası ilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Son Yazılar:

Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. C.İbrahimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Seçilən
0
25
viral.az

10Mənbələr