ABŞ-ın keçmiş prezidenti Donald Trampın Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100 faiz gömrük rüsumları tətbiq etməsi ölkənin öz iqtisadiyyatına ciddi ziyan vura bilər.
Bu barədə “Lenta.ru”ya açıqlamasında Milli Tədqiqat Universiteti – Ali İqtisad Məktəbinin Dünya iqtisadiyyatı və siyasəti fakültəsinin dosenti Kseniya Bondarenko bildirib.
Ekspertin sözlərinə görə, belə bir qərar xüsusilə gübrə və digər xammal məhsullarının idxalı ilə məşğul olan Amerika şirkətlərinə mənfi təsir göstərə bilər. O qeyd edib ki, Tramp bu addımı bir iş adamı kimi atır — məqsədi büdcəyə əlavə gəlir cəlb etməkdir, lakin bu planların reallaşması böyük sual altındadır.
Hazırda Rusiyanın dünya üzrə ticarət ixracında payı 1,8 faiz, ümumi mal və xidmət ixracında isə 1,5 faiz təşkil edir. Bundan əlavə, Rusiya bir sıra strateji məhsullar — o cümlədən karbohidrogenlər və taxıl kimi ərzaq mallarının ixracında dünya liderlərindən biridir.
Bondarenko həmçinin bildirib ki, 100 faiz rüsumların tətbiqi təkcə Rusiya ilə deyil, həm də onun əsas tərəfdaşları olan Çin, Hindistan və Türkiyə ilə münasibətlərin kəskinləşməsinə səbəb ola bilər. Ekspert qeyd edib ki, ABŞ bu iki ölkəyə — Hindistan və Türkiyəyə qarşı ənənəvi olaraq loyal mövqe sərgiləyir və Trampın bu münasibətləri korlamağa hazır olması inandırıcı görünmür.
//Samir Qurbanov, Editor.az