AZ

39 dərəcə isti...- GÜNÜN HAVASI

İyulun 16-na olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a bildirilib ki, Azərbaycanda bu gün havanın əsasən yağmursuz keçəcəyi gözlənilir, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Zəif cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə +22 dərəcədən +26 dərəcəyədək, gündüz +34 dərəcədən +39 dərəcəyədək olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət isə gecə 65-75 %, gündüz 40-45 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, arabir duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +22 dərəcədən +27 dərəcəyədək, gündüz +36 dərəcədən +40 dərəcəyədək, dağlarda gecə +11 dərəcədən +16 dərəcəyədək, gündüz +28 dərəcədən +33 dərəcəyədək olacaq.

Seçilən
38
49
azedu.az

10Mənbələr