Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.
O bildirib ki, münasibətlərin pozulmasının əsas səbəbkarı Rusiyadır:
"Azərbaycanın mülki sərnişin təyyarəsi Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Təyyarənin Rusiya ərazisində enməsinə imkan verilməyib, nəticədə o məhv olub və çox sayda insan həyatını itirib. Bununla belə, Rusiya hələ də nə günahını etiraf edib, nə də üzr istəyib. Əksinə, məsuliyyətdən yayınmaq üçün müxtəlif uydurma bəhanələr gətirir".
Politoloq qeyd edib ki, Azərbaycan prinsipial və qətiyyətli mövqe tutmaqda tamamilə haqlıdır:
"Azərbaycan öz regional lider statusunu, beynəlxalq imicini və siyasi iradəsini qorumağa çalışır. Rəsmi Bakı bu məsələdə tam haqlı və ardıcıl mövqe sərgiləyir.
Rusiya isə, keçmiş stereotiplərə sadiq qalaraq, günahkar olsa belə, güzəşt gözləyir. Bu yanaşma artıq keçərli deyil. Azərbaycan əvvəlki kimi münasibətlər qurmayacaq. Əgər Rusiya qərəzli və ziyanlı addımlar atmağa davam edərsə, münasibətlər daha da pisləşəcək və hətta tamamilə qopa bilər. Bu halda əsas məsuliyyət də, ziyan da məhz Rusiyanın üzərinə düşəcək".
Qeyd edək ki, Rusiyada azərbaycanlı iş adamlarının həbs müddəti daha 3 ay uzadılıb.
Əfsanə Kamal
Demokrat.az
10Mənbələr
-
globalinfo.azBakıdan Moskvaya xəbərdarlıq: silahlar göndərilə bilər ( 20244300)
-
nocomment.azRusiyalı deputatın Azərbaycana qarşı çıxışları bu ölkənin məsuliyyətsizliyinin son nöqtəsidir – RƏY ( 20243346)
-
newscenter.azMatveyev barəsində qanun çərçivəsində tədbir görülməlidir-DEPUTAT ( 20242785)
-
olke.azŞvıdkoyun Azərbaycan haqqında dedikləri məntiqdən məhrum olduğunu göstərir - Deputat ( 19938623)
-
moderator.az“RUSİYANIN AZƏRBAYCANA TƏSİR RIÇAQLARI MƏHDUDDUR” – “Moskva-Bakı qarşıdurması yumşaq fazaya keçir” ( 19910197)
-
hurriyyet.az“RUSİYANIN AZƏRBAYCANA TƏSİR RIÇAQLARI MƏHDUDDUR” – “Moskva-Bakı qarşıdurması yumşaq fazaya keçir” ( 19888619)
-
nocomment.azRusiya və Ukrayna danışıqların Bakıda keçirilməsi təklifini qəbul edə bilərlər – RƏY ( 19800635)
-
report.azRusiya və Ukrayna danışıqların Bakıda keçirilməsi təklifini qəbul edə bilərlər - RƏY ( 19785908)
-
yeniazerbaycan.comDünya mətbuatı III Qlobal Media Forumunda Prezident İlham Əliyevini çıxışından əsas məqamları işıqlandırmaqda davam edir ( 19485476)
-
tribunainfo.azDünya mətbuatı III Qlobal Media Forumundan yazdı – FOTO ( 19485182)