Ağdaşda Yuxarı Şirvan kanalında batan yeniyetmənin meyiti tapılıb.
APA-nin Şirvan bürosu xəbər verir ki, dünən kanalda batan 2008-ci il təvəllüdlü Dəniz Süleymanlının meyiti tapılaraq aidiyyətı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
16 iyul, 21.58
APA FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.
18.07
Ağdaşda yeniyetmə kanalda batıb.
APA-nin Şirvan bürosu xəbər verir ki, 2008-ci il təvəllüdlü D. Süleymanlı Yuxarı Şirvan kanalında çimərkən batıb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"