Bakı. Trend:
İyulun 18-də gözlənilən hava şəraiti açıqlanıb.
Trendxəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitiyağmursuz olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-37° isti olacaq.Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək.Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterliyağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Arabirduman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 36-41° isti,dağlarda gecə 11-16° isti, gündüz 27-32° isti olacaq.