Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
“Hyundai” markalı minik maşını hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə minik maşını yolun kənarına aşıb. Qəza nəticəsində 4 nəfərin öldüyü bildirilir.
***
“Qafqazinfo”nun xəbərinə görə, Abşeron rayon sakini, 1992-ci il təvəllüdlü Ayşən Fərrux qızının idarə etdiyi "Hyundai" markalı avtomobil Goranboy rayon ərazisində idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində sürücünün anası və qızı aldığı xəsarətdən hadisə yerində ölüblər.
Sürücü və iki övladı - 2016-cı il təvəllüdlü Məmmədli Əsmər Samir qızı və 2021-ci il təvəllüdlü Məmmədli Əlixan Samir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev
