AZ

Bakı-Qazax yolunda qəzada nənə və nəvəsi ölüb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB-1

Goranboyda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, Daşkəsən rayonun Bayan kəndində qeydiyyatda olan 1958-ci il təvəllüdlü Nəsibə Nağıyevanın idarə etdiyi “Hyundai” markalı, 77 HD 580 dövlət nömrə nişanlı avtomaşın yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü və nəvəsi 2018-ci il təvəllüdlü F.Məmmədli hadisə yerində dünyasını dəyişib.

Sürücünün qızı 1990-cı il təvəllüdlü Ayşən Məmmədli yüngül xəsarət alıb. Digər 2 nəfər - sürücünün nəvələri 2016-cı il təvəllüdlü Ə.Məmmədlivə 2021-ci il təvəllüdlü A.Məmmədli yaralı vəziyyətdə Yevlax rayon xəstəxanasına çatdırılıb.

***

12.47

Xəbərə foto əlavə olunub.

***

12.22

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb."Hyundai" markalı minik maşını hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə minik maşını yolun kənarına aşıb. Qəza nəticəsində 2 nəfərin öldüyü, 3 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlar təcili tibbi yardım avtomobili ilə Yevlax xəstəxanasına aparılıb.

Bakı-Qazax
Seçilən
75
50
apa.az

10Mənbələr