AZ

Ağır qəzada nənə və 7 yaşlı nəvəsi öldü - Daha iki uşaq yaralıdır - Yenilənib

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

“Hyundai” markalı minik maşını hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə minik maşını yolun kənarına aşıb. Qəza nəticəsində 4 nəfərin öldüyü bildirilir.

***

“Qafqazinfo”nun xəbərinə görə, hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daşkəsən rayon Bayan kənd sakini 1958-ci il təvəllüdlü Nəsibə Nağıyeva və onun nəvəsi 7 yaşlı Firuzə Məmmədli qəza yerində ölüb.

Avtomobildə olan 9 yaşlı Ayşən Məmmədli və 4 yaşlı Əlixan Məmmədli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Onlara lazımı tibbi yardım göstərilib. Vəziyyətləri orta-ağırdır.

Məlumat üçün bildirək ki, qəza rayonun Goran ərazisində “Hyundai” markalı avtomobilin aşması nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev


Seçilən
57
50
qafqazinfo.az

10Mənbələr