AZ

Ərdoğan yenidən namizəd ola bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Mehmet Uçum diqqətçəkən paylaşım edib. 

“Cebheinfo.az” xəbər verir ki, o, Ərdoğanın hansı halda yenidən prezidentliyə namizəd ola biləcəyini yazıb. Baş müşavir qeyd edib ki, Türkiyə liderinin yenidən namizədliyi üçün Konstitusiyanı dəyişdirməyə ehtiyac yoxdur: 

“Bəziləri Ərdoğanın yenidən prezidentliyə namizəd olmaq üçün konstitusiyanı dəyişdirmək istədiyini deyir. Onların bu yalandan vaz keçmələri üçün xatırlatmağa davam edək. 

Ərdoğanın yenidən namizəd olması üçün yeni konstitusiyaya və ya konstitusiyanı dəyişdirməyə ehtiyac yoxdur. Onsuz da mövcud konstitusiya buna imkan verir”. 

Onun sözlərinə görə, bunun üçün 360 deputatın səsi lazımdır: 

“Yəni 7 may 2028-ci ildə keçirilməsi planlaşdırılan prezident seçkilərinin vaxtının bir qədər önə çəkilməsi ilə seçkilərin yenilənməsi mümkündür. Məsələn, 2027-ci ilin sonunda və ya 2028-ci ilin əvvəllində Türkiyə Böyük Millət Məclisinin (TBMM) ən azı 360 deputatının səsi ilə seçki yenilənsə, Ərdoğan istəsə, son dəfə prezidentliyə namizəd ola bilər”. 

Seçilən
56
50
cebheinfo.az

10Mənbələr