AZ

Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi


Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik, SSRİ Dövlət Mükafatı laureatı Əhliman Əmiraslanov Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Bakı-Xəbər” qəzetinin, "Bakı-Xəbər TV” və “Baki-xeber.com" saytının baş redaktoru Aydın Quliyevi 65 illik yubileyi münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli Aydın müəllim,

Sizi 65 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, can sağlığı, uzun ömür və fəaliyyətinizdə ugurlar arzulayıram.

Sizin zəhmətkeş və uğurlu fəaliyyətinizlə xalqımızın maariflənməsində, mədəniyyətinin, irsinin yaşadılması və təbliğində, jurnalistikamızın

inkişafında, ölkəmizin ictimai-siyasi həyatında xüsusi rolunuz vardır.

Rəhbərlik etdiyiniz "Bakı-Xəbər" qəzeti milli mətbuat ənənələrini uğurla davam etdirərək, milli dəyərləri qoruyaraq, cəmiyyətə düzgün informasiya təqdim edərək dövlətçiliyimizə öz layiqli töhfələrini verir. Həyatınız sağlam, fəaliyyətiniz uğurlu olsun”.

phrase_var_article.chosen
72
8
baki-xeber.com

10phrase_var_article.sources