AZ

İctimai Birlik sədri Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi


"Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident Təqaüdçüsü Lamiyə İsazadə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Bakı-Xəbər” Media Qrupunun rəhbəri Aydın Quliyevi 65 illik yubileyi münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

“Mətbuatımızın müdrik siması, dəyərli ziyalımız, ictimai fikir adamı və peşəkar jurnalist, hörmətli Aydin müəllim!

Sizi 65 illik yubileyiniz münasibətilə ən xoş arzularımızla təbrik edirik!

Azərbaycan mediasının inkişafına verdiyiniz töhfələr, ictimai rəyə təsir edən cəsarətli çıxışlarınız, "Bakı-Xəbər" qəzetindəki uzunmüddətli rəhbərliyiniz və Mətbuat Şurasındakı fəal ictimai fəaliyyətiniz ölkə mətbuat tarixində mühüm yer tutur. Siz hər zaman sözün, qələmin və vətəndaş mövqeyinin daşıyıcısı kimi fərqlənmisiniz.

65 illik ömrünüzə sığdırdığınız zəngin həyat yolu, milli maraqlara bağlılığınız və yüksək vətəndaş məsuliyyətiniz bir çox gənc jurnalistlərə örnəkdir. Sizin kimi ziyalıların varlığı Azərbaycan cəmiyyətinə mənəvi dayaq, mətbuat sahəsinə isə davamlı inkişaf üçün stimul verir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, ailə səadəti, işlərinizdə müvəffəqiyyətlər və yeni-yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol, sözünüz hər zaman kəsərli olsun!”

Seçilən
35
48
baki-xeber.com

10Mənbələr