AZ

İranda avtobus qəzaya uğrayıb, 8 nəfər ölüb, 15 nəfər xəsarət alıb

İranın cənub əyaləti Farsda avtobusun aşması nəticəsində 8 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə regionun təcili yardım xidmətinin rəhbəri Məsud Abed məlumat verib.

"Hadisə nəticəsində 8 nəfər həlak olub, 15 nəfər ağır xəsarət alıb", - onun sözləri IRNA-nın teleqram kanalında qeyd edilib.

Seçilən
211
17
report.az

10Mənbələr