AZ

Prezident: Azərbaycan çox düzgün ekoloji mövqe seçib

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanda ilin hadisəsi oldu və bu tədbirə Azərbaycana gələn insanların sayı onun əhəmiyyətini nümayiş etdirir.

“Report”un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan ekoloji dayanıqlılıq prinsiplərinə sadiqdir - ölkədə elektrik enerjisi yalnız təbii qaz və su ehtiyatları hesabına istehsal olunur.

"Bizim qlobal iqlim gündəliyinə verdiyimiz töhfəyə gəldikdə düşünürəm ki, Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir. Biz kömürdən istifadə etmirik. Biz elektrik enerjisini istehsal edirik. Biz hidroelektrik enerjisindən istifadə edirik. O cümlədən günəş enerjisinin istehsalına başlamışıq. Bizim bununla bağlı nəhəng enerji sərvətlərimiz var. Bizim artıq xeyli investisiya müqavilələrimiz imzalanıb”, - o qeyd edib.

Prezident İlham Əliyev, həmçinin əlavə edib ki, Azərbaycan karbon emissiyalarının ən böyük mənbəyi deyil.

"Lakin müxtəlif iştirakçılar arasında dialoq və qarşılıqlı anlaşmanın qurulmasına yönəlmiş əsas gündəliyimiz, eləcə də səylərimiz BMT və bir çox beynəlxalq tərəfdaşlar tərəfindən yüksək qiymətləndirilib. Buna görə də biz bundan sonra da "yaşıl" gündəliyimizə sadiq qalacağıq. Emissiya həcminə görə reytinqdə 30-cu, 31-ci və 32-ci yerləri tutan ölkələrin necə hərəkət edəcəyi isə, əlbəttə ki, açıq sual olaraq qalır", - dövlət başçısı bildirib.

Seçilən
3
7
report.az

10Mənbələr