Sizi və həmkarlarınızı yubiley münasibətilə təbrik edirəm.
Aznews.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə “APA Media Qrup"un baş direktoru Vüsalə Mahirqızının Azərbaycan milli mətbuatının 150 illik yubileyi ilə bağlı sualını cavablandırarkən bildirib.
Dövlət başçısı Azərbaycan mediasının inkişafının onu çox sevindirdiyini deyib: “Mən çox şadam ki, bizim mediamız bu gün nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb. Bunu tam səmimiyyətlə deyirəm, sizə xoş söz demək üçün yox”.