ABŞ-ın sabiq dövlət katibi Kondoliza Rays amerikalı liderin ritorikası fonunda Donald Trampın Rusiya prezidenti Vladimir Putinə və Moskvaya qarşı mövqeyinin dəyişməsini “dönüş nöqtəsi” hesab edib.
Publika.az xəbər verir ki, bu barədə "The Hill" məlumat yayıb.
Onun qiymətləndirməsinə görə, son həftə əsl dönüş nöqtəsi olub.
"Düşünürəm ki, ukraynalı xalqa çatdıracağımız yaxşı xəbər odur ki, ABŞ və Avropa nəhayət ki, vahid fikirə gəlib: Vladimir Putini sözlərlə dayandırmaq mümkün deyil. Onu yalnız o zaman dayandırmaq olar ki, özü artıq irəliləməyin və qalib gəlməyin qeyri-mümkün olduğunu başa düşsün", - Rays vurğulayıb.
İyulun 14-də Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşdə “50 gün ərzində Ukraynada münaqişənin həllində irəliləyiş əldə olunmazsa, Rusiya neftini alan ölkələrə 100%-ə qədər ikinci dərəcəli tariflər” tətbiq ediləcəyini açıqlayıb. Eyni zamanda o, Avropadakı müttəfiqlər tərəfindən maliyyələşdirilən 17 "Patriot" hava hücumundan müdafiə sisteminin Ukraynaya təhvil verilməsi üçün Avropada yerləşdirildiyini açıqlayıb.