AZ

Prezidentin xüsusi nümayəndəsi: Burada təkcə mərkəz yox, digər kəndlərdə də bərpa işləri aparılır

Laçın, 20 iyul, Aytac Haqverdiyeva, Leyla Muradzadə, AZƏRTAC

Biz çox böyük məmnuniyyətlə qeyd etmək istəyirik ki, Laçın şəhəri Azərbaycan, Türkiyə Prezidentləri və Pakistanın Baş naziri iştirakı ilə Zirvə görüşünü, həmçinin bir çox beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib. İyunun əvvəlində Laçında MDB-nin mədəniyyət paytaxtının rəsmi açılış mərasimi olub. Sizin iştirakınızla keçirilən bu tədbir bunu bir daha sübut edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov Şuşa Qlobal Media Forumu çərçivəsində Laçında keçirilən “AZƏRTAC 105: Əməkdaşlığın keçmişi, bu günü və gələcəyi” mövzusunda dəyirmi masada deyib.

Laçının tamamilə bərpa olunan şəhər olduğunu diqqətə çatdıran xüsusi nümayəndə, şəhərin müxtəlif formada inkişaf etdiyini, son iki il ərzində hava limanı, beynəlxalq əhəmiyyətli tunellər inşa edildiyini bildirib.

"500 yaxın yerli əhali öz torpaqlarına qayıdıb. Burada təkcə mərkəz yox, digər kəndlərdə də bərpa işləri aparılır. Onu da qeyd etmək istəyirəm ki, daha üç kənd bərpa olunub. Həmin bölgəyə 1500 sakin yerləşə bilər", - deyə o əlavə edib.

Seçilən
70
43
azertag.az

10Mənbələr