AZ

Elmir Huremoviç: Mötəbər media qurumları cəmiyyətlər arasında etimad körpülərinin qurulmasında mühüm rol oynayır

Laçın, 20 iyul, Aytac Haqverdiyeva, Leyla Muradzadə, AZƏRTAC

Bizim Laçında AZƏRTAC-ın 105 illik yubileyini birgə qeyd etməyimiz olduqca dəyərli və yaddaqalan hadisədir. Bu tədbir yalnız bir media qurumunun yubileyi deyil, həm də beynəlxalq informasiya əməkdaşlığının və dostluğun nümunəsidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bosniya və Herseqovinanın FENA xəbər agentliyinin baş direktoru Elmir Huremoviç Şuşa Qlobal Media Forumu çərçivəsində Laçında keçirilən “AZƏRTAC 105: Əməkdaşlığın keçmişi, bu günü və gələcəyi” mövzusunda dəyirmi masada deyib.

O qeyd edib ki, bu il Bosniya və Herseqovina ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 28-ci ildönümüdür. FENA xəbər agentliyi ilə AZƏRTAC arasında qurulmuş əməkdaşlıq bu münasibətlərin güclənməsinə töhfə verir.

“Bu cür əməkdaşlıqlar bizdən media qurumları olaraq daha çox məsuliyyət tələb edir. Biz informasiya mübadiləsində obyektivliyi, etibarlılığı və ictimai etimadı qoruyub saxlamalıyıq. Mötəbər media qurumları cəmiyyətlər arasında etimad körpülərinin qurulmasında mühüm rol oynayır”, - deyə FENA xəbər agentliyinin baş direktoru əlavə edib.

Seçilən
18
27
azertag.az

10Mənbələr