AZ

Naxçıvanda azyaşlı beşinci mərtəbədən yıxıldı

Naxçıvanda beş yaşlı uşaq binanın beşinci mərtəbəsindən yıxılıb.
 
Moderator.az Lent.az-a istinadən xəbər verir ki, ehtiyatsızlıq nəticəsində Naxçıvan şəhər sakini, 2020-ci il təvəllüdlü Çinar Əmrəddin oğlu Heydərov yaşadığı binanın beşinci mərtəbəsindən yıxılıb.
 
Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən Ç.Heydərov ağır dərəcəli kəllə-beyin travması alıb.
 
O, bu gün axşam saatlarında Bakıda yerləşən klinikalardan birinə aparılıb, vəziyyəti ağır olaraq qalır.
phrase_var_article.chosen
56
50
moderator.az

10phrase_var_article.sources