Bakı. Trend:
İyulun 25-də İstanbulda İran və “Avropa üçlüyü” (BöyükBritaniya, Fransa və Almaniya) arasında İranın nüvə proqramı iləbağlı yaranmış böhranın həllinə dair danışıqların növbəti raundubaş tutacaq.
Trend xəbər verirki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmailBəqayi ölkənin dövlət televiziya və radio şirkətinin sualınıcavablandırarkən məlumat verib.
O bildirib ki, Avropa ölkələrinin müraciətinə cavab olaraq, İran“Birgə Hərtərəfli Fəaliyyət Planı”nın (JCPOA) üç avropalıiştirakçısı ilə danışıqların yeni mərhələsinin keçirilməsinərazılıq verib.
Görüş xarici işlər nazirlərinin müavinləri səviyyəsindəkeçiriləcək. İranı bu danışıqlarda Məcid Təxt-Rəvançi və KazemQaribabadi təmsil edəcək.