AZ

İran iyulun 25-də Aİ-3 ilə danışıqların yeni mərhələsinə razılaşıb

İyulun 25-də İstanbulda İranın nüvə proqramı ətrafında yaranmış böhranın nizamlanması məqsədilə İran ilə Aİ-3 ölkələri (Böyük Britaniya, Fransa və Almaniya) arasında danışıqların yeni raundu keçiriləcək.

Operativ Media xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqayi məlumat verib.

O, İranın dövlət televiziya və radio şirkətinin sualını cavablandırarkən bildirib:

“Avropa ölkələrinin sorğusuna cavab olaraq İran, JCPOA (Birgə Kompleks Fəaliyyət Planı) üzrə üç Avropa ölkəsinin nümayəndələri ilə danışıqların yeni raundunun keçirilməsinə razılıq verib".

Onun sözlərinə görə, görüş xarici işlər nazirlərinin müavinləri səviyyəsində İstanbulda baş tutacaq. İranı bu danışıqlarda Məcid Təxt-Rəvançi və Kazem Qəribabadi təmsil edəcək.

Seçilən
30
4
operativmedia.az

10Mənbələr