Rusiyanın xalq artisti Oleq Qazmanov Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən axtarışa verilib...
Poliqon-nun məlumatına görə, bu məlumat SBU-nun məlumat bazasında var.
Qazmanov 2022-ci ilin martından axtarışa verilib.2015-ci ildən o, həmçinin Ukraynanın “Sülhməramlı” ekstremist saytının məlumat bazasına salınıb.
O, Ukraynanın ərazi bütövlüyünə qəsd maddəsi ilə ittiham olunub və qiyabi həbs qətimkan tədbiri seçilib.
İyulun 20-də məlum olub ki, Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın xalq artisti Nikolay Baskovu axtarışa verib.
Bir gün əvvəl SBU-nun teleaparıcı Boris Korçevnikovu axtarışa verdiyi məlum olub.
Poliqon.info