AZ

Kapital tələblərinə əməl etməyən BOKT-lərin lisenziyası ləğv edilə bilər - Tədbirlərə başlanılıb

Kapital tələblərinə əməl etməyən BOKT-lərin lisenziyası ləğv edilə bilər.

Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Qeyd edilib ki, AMB-nin İdarə Heyətinin qərarları ilə bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyəti üzrə iki yeni normativ sənəd – “Fəaliyyətin prudensial tənzimlənməsi Qaydası” və “Kredit risklərinin idarə edilməsi Qaydası” təsdiq edilərək qüvvəyə minib. Yeni tələblərə əsasən, kommersiya hüquqi şəxs formasında yaradılan BOKT-lər üçün nizamnamə kapitalı və ümumi kapitalın minimum həddi 1 milyon manat, qeyri-kommersiya hüquqi şəxslər üçün isə bu məbləğ 100 min manat müəyyən edilib. Bu dəyişikliklər BOKT-lərin maliyyə dayanıqlığının gücləndirilməsi məqsədi daşıyır.

Kapital tələblərini yerinə yetirməyən mövcud BOKT-lərə Mərkəzi Bank tərəfindən icrası məcburi göstərişlər verilib. Hesabatlara əsasən, əksər təşkilatlar bu tələbləri artıq yerinə yetirib. Lakin kapitalı tələblərə uyğun olmayan bəzi BOKT-lərlə bağlı lisenziyanın ləğvi üçün inzibati tədbirlərə başlanılıb. Bu təşkilatlar barədə ictimaiyyətə əlavə açıqlama veriləcəyi bildirilib.

Mərkəzi Bank qeyd edib ki, BOKT-lərin fəaliyyəti yeni qaydalar əsasında davamlı nəzarətdə saxlanılır. Tələblərə əməl etməyən BOKT-lərə qarşı qanunvericilik çərçivəsində zəruri addımlar atılacaq.

© APA

Seçilən
9
35
marja.az

10Mənbələr