AZ

Jurnalistika detallara və faktlara yüksək diqqət tələb edən məsuliyyətli bir fəaliyyətdir - TRT World aparıcısı

Şuşa. Trend:

Jurnalistika detallara və faktlara yüksək diqqət tələb edənməsuliyyətli bir fəaliyyətdir.

Trend-in xüsusimüxbiri xəbər verir ki, bunu TRT World telekanalının aparıcısı vəmüxbiri Cəffər Hasneyn III Şuşa Qlobal Media Forumunda çıxışızamanı deyib.

Onun sözlərinə görə, sosial şəbəkələrin hökmranlıq etdiyi müasirdünyada media savadlılığın artırılması, etibarlı informasiyanı“feyk”lərdən ayırmaq bacarığı həmişəkindən daha önəmlidir.

“Jurnalistika sadəcə reportaj demək deyil. Bu, faktçekinqdir,çarpaz yoxlamadır, etibarlı mənbələrə istinaddır. Məhz buna görəbiz işinin peşəkarları olaraq, cəmiyyətə mediasənayenin hansışəkildə işlədiyini izah etməliyik”, - deyə o vurğulayıb.

Hasneyn əlavə edib ki, əsl jurnalist hər hansı materialın dərcolunmasından əvvəl verifikasiyanın bütün mərhələlərindənkeçməlidir.

“Bəli, sizin telefonunuz ola bilər və özünüzü jurnalistadlandıra bilərsiniz. Amma jurnalistika – bu, daha mürəkkəb vəəhəmiyyətli bir sahədir. Bu, media mühitinin necə işlədiyinianlamağı tələb edən çətin və vacib bir prosesdir”, – deyə o qeydedib.

Seçilən
4
50
az.trend.az

10Mənbələr