AZ

Moda yoxsa fiasko? – Hande Yener bu dəfə tənqid hədəfinə çevrildi - FOTO

Türkiyəli pop ulduz Hande Yenerin son görüntüsü sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Yenisabah.az xəbər verir ki, məşhur ifaçı Bodrumda obyektivlərə tuş gəlib. 

Çimərlik geyimi ilə kombin etdiyi paltarları ilə görüntülənən sənətçi sosial mediada tənqid atəşinə tutulub. pizza mizza

Yenerin şort, başmaq və üst geyimi ilə olan tərzi bir çox istifadəçilərin xoşuna gəlməyib. Onun bu görünüşü müzakirələrə səbəb olub.

Müğənninin fotosu qısa zamanda sosial şəbəkələrdə yayılaraq, istifadəçilər arasında ironiya və gülüş mövzusuna çevrilib.

Qeyd edək ki, Hande Yener qeyri-adi səhnə geyimləri və dəbli seçimləri ilə tez-tez gündəmə gəlir.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
41
26
yenisabah.az

10Mənbələr