AZ

Professor hakim partiyadan istefa verib

Professor

Professor Cümşüd Nuriyev Yeni Azərbaycan Partiyasının (YAP) sıralarını tərk edərək Vəhdət Partiyasına üzv olub.

C. Nuriyev “Reytinq” qəzetinə açıqlamasında bu barədə yayılan məlumatı təsdiqləyib.

“Yeni Azərbaycanın siyasətini cənab prezident uğurla davam etdirir, Ulu öndər Heydər Əliyevin nəzərdə tutduğu yeni Azərbaycan bütün məqsəd və məqamına çatıb. Hazırda prezident tərəfindən uğurlu siyasi gedişlər edilir. İndi Azərbaycana olan siyasi hücum və təzyiqlərlə bağlı vəhdətə ehtiyacı var”,- deyən C. Nuriyev əlavə edib ki, üzvü və sədr müşaviri olduğu Vəhdət Partiyası dövlət və hakimiyyət arasında mərkəzçi mövqe tutmaq xəttini seçib.

“Biz Vəhdət Partiyası olaraq cənab prezidentin yanındayıq, apardığı siyasəti müdafiə edirik. Habelə cəmiyyətimizin vəhdəti istiqmətində işləyirik”,- deyə C. Nuriyev yekunlaşdırıb.

E. KAMAL
Reyting.az
Seçilən
9
4
reyting.az

10Mənbələr