AZ

 Zahir İbrahimli: İlham Əliyevin liderliyi ilə Azərbaycan regionun liderinə çevrilib

“Prezident İlham Əliyevin rəhbərliyi altında  Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olub və Azərbaycanı regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirilib”.

Bu sözləri “Sherg.az”a açıqlamasında Vəhdət partiyası regionlar arası kordinasiya şurasının sədri Zahir İbrahimli deyib. 

Z. İbrahimlinin sözlərinə görə, Prezident İlham Əliyev  Şuşa qolobal mediaforumundakı çıxışında səsləndirdiyi  tezislər hakimiyyətin son 5 ildəki çətin , lakin uğurlu siyasətin açılımı idi:

“Qarabağ zəfəri uğurun yarısı idi. Bu qələbə möhkəmlənməli və beynəlxaq hüquq müstəvisində təsdiq olunmalı idi. Ona görə də Prezident bütün resuslarını , bilik və diplomatik qabiliyyətini işə salaraq durmadan bütün istiqamətlərdə ciddi cəhdlə çalışdı. Ölkədə bir birinin ardınca beynəlxaq tədbirlər keçirilib. Bu tədbirlərin əsas hissəsi Xankəndi və Şuşada təşkil olundu.Ölkəmizdə fəaliyyət göstərən dipomatik korpusun əməkdaşları mütəmadi olaraq Şuşaya və Xankəndinə tədbirlərə dəvətlər aldılar. Lakin bütün bunların fonunda Fransa və ABŞ müqavimət göstərməyə çalışsalar da bu gün artıq Tramp admnstrasiyası Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını birmənalı olaraq ortaya qoydular.  Prezident İlham Əliyevin müəyyən etdiyi dinamik xarici siyasət kursunun tələblərinə uyğun olaraq Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının dərinləşdirilməsində qarşı tərəf öz maraqlarını gizlətmir.
İlham Əliyev Şuşa mediaforumunda dünaya səsləniş edərək regionda və cənub qafqazda sülh çağırışları edib. İran -İsaril münaqişəsiniun genişlənərək regionda kritik vəziyyətə çatmamasına görə  İlham Əliyevin də rolu danılmazdır. Rusiya ilə yaranmış gərginlik fonunda Prezidentin beynəlxalq hüquqa hörmətlə yanaşaraq Rusiyanın Ukrayanaya təcavüzünü pisləməsi Putinin xoşuna gəlməsədə prinsipiallıq nümayiş etdirdi. Bu addımlar prezidentin beynəxlaq nüfuzuna  müsbət xallar yığmaqdadır.  İlham Əliyev Ermənistanla sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizinin açılışının nəinki hər iki tərəfə, bütövlüklə regionda geniş perspektivlərin açılacağını vəd edərək tezliklə sazişin imzalanmasına çağırış edib. İlham Əliyevin Paşinyanla vasitəçi tərəfdən imttina edərək  baş tutan  ilk görüşdən sonra sülh sazişinin imzalnacağına böyük ümidlər yaranıb”.
Seçilən
13
50
sherg.az

10Mənbələr