AZ

Deputat: Prezidentin çıxışı beynəlxalq hüquq normalarına əsaslanır

Deputat:

“Azərbaycan prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Formunda çıxışı dəqiq, detallı və əhatəli olmaqla yanaşı, regionumuzda və dünyada gedən proseslərə obyektiv münasibətin ifadəsi idi. Bu çıxışda Azərbaycanın keçdiyi yol, 44 günlük Vətən müharibəsi, xalqımızın vəhdət və birlik nümayiş etdirməsi, əldə olunan qələbə qeyd edildi. Cənab prezident qələbəmizin nüvəsi kimi cəmiyyətimizin birlik və vəhdət içərisində olmasını göstərdi. Fikrimcə, bu mühüm yanaşmadır. Cəmiyyətimiz bu məsələlərdə birdir”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə Azərbaycan prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Formunda çıxışı zamanı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Mollazadə prezident Əliyevin ukraynalı jurnalistlərin sualına cavabına da diqqət çəkib:

“Cənab prezident bildirdi ki, torpağınızı əlinizdən alanlarla razılaşmayın. Bəli, bu vacib məsələdir, çünki biz bunu yaşamışıq. Azərbaycan xalqı və dövləti heç vaxt torpağının işğal edilməsi ilə barışmadı, heç bir tərəfə əyilmədi, sona qədər getdi və məqsədinə çatdı. Hesab edirəm ki, indiki uğurlu Azərbaycanda həm də bu mövqeyin müstəsna əhəmiyyəti var”.

Müsahibimiz qeyd edib ki, prezidentin Ukrayna ilə bağlı mövqeyi müxtəlif formada yozulmamalıdır. Mollazadənin fikrincə, prezidentin fikirləri sırf beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanır: “Beynəlxalq hüquq normalarını pozan qüvvə bununla razılaşmaya bilər. Bizim ərazimiz uzun illər işğal altında qalıb və bizə qarşı da eyni siyasət təbiq edilib”.

Mollazadə sonda əlavə edib ki, Azərbaycan prezidentinin III Şuşa Qlobal Media Formunda səsləndirdiyi fikirlər beynəlxalq hüquqa hörmətdən doğur: “İndi Rusiyada hansısa bloqqerlər bunu necə istəyirsə, yoza bilər. Amma dünya onların kim olduğunu yaxşı bilir”.

Y. QACAR
Reyting.az
Seçilən
45
50
reyting.az

10Mənbələr