BAKI, 21 iyul. TELEQRAF
III Şuşa Qlobal Media Forumunun birinci günündə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dünya miqyaslı siyasi lider kimi bir daha özünü göstərdi.
Bunu Çin Media Qrupunun Avrasiya Bürosunda baş redaktorun birinci müavini Vanq Delu Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşının sualına cavab olaraq deyib.
Onun sözlərinə görə, Prezidentin geosiyasi dəyişikliklər, regionun yeni reallıqları və qonşu dövlətlərlə əməkdaşlıq barədə verdiyi açıq və səmimi cavablar iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
“Prezidentin "Biz hər zaman qonşularımızın maraqlarını nəzərə alırıq" fikri, Azərbaycanın regional sabitlik və əməkdaşlığa sadiqliyinin bariz nümunəsi kimi səsləndi”,- V. Deli bildirib.